CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ürəyinizin sağlam olması üçün bunları yeyin

CC0 / Silvia / FruitsMeyvələr
Meyvələr - Sputnik Azərbaycan
Abunə olmaq
Düzgün qidalanmaq həm də ürək sağlamlığı üçün önəmlidir

BAKI, 19 yanvar — Sputnik. Türkiyəli həkim ürək üçün çayın yaşılı, üzümün isə qırmızısının daha faydalı olduğunu deyib.

Операция на открытом сердце, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Bakıda tələbə ürək əməliyyatı zamanı ölüb

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, düzgün qidalanmanın, hər qidadan lazım olduğu qədər qəbul edilməsinin insan səhhəti, xüsusən də ürək üçün faydalı olduğunu deyən türkiyəli kardioloq Əli Eminlətif bir sıra tövsiyələr verib. O, bildirib ki, ürəyin sağlamlığı üçün hər gün 1 diş sarımsaq, həftədə 3 dəfə fındıq və quru lobya, noxud yeyilməsi tövsiyə olunur.

"Orqanizmi ac qoyaraq diyetada olmaq sağlamlıq demək deyil. Hər qidadan lazım olduğu qədərdə yemək tövsiyə olunur. Meyvə və ləbləbini də qədərindən artıq yemək olmaz. Kalori çox önəmlidir. Ürək sağlamlığı üçün duz, şəkər, xəmir və yağdan uzaq olmaq lazımdır" – deyə həkim bildirib.

Xəbər lenti
0