BAKI, 19 yanvar — Sputnik. Elm və texnologiyanın əsas mərkəzi hesab edilən Yaponiyada alimlər bu dəfə süni meteorit yağışı yaradacaqlar.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Yaponiyanın Kosmik Kəşfiyyat Agentliyi bu haqda məlumat yayıb. Yaylan xəbərdə qeyd olunur ki, artıq Epsilon raketi ilə 7 peyk Uçinoura adlanan kosmik mərkəzdən orbitə buraxılıb .
Raketlərdən birinin mərkəzi Tokioda olan ALE şirkəti tərəfindən təkmilləşdirilib. Adıçəkilən mərkəz atmosferə göndərəcəyi metal parçalarla süni meteorit yağışı yaradacaq. ALE-nin ilk süni meteorit yağışını Xirosima şəhəri üzərindən reallaşdıracağı açıqlanıb.
Qeyd edək ki, hələlik bu layihənin hansı büdcədən maliyyələşdiyi və məqsədi barədə məlumat yoxdur.