BAKI, 19 yanvar — Sputnik. Əfqanıstanın Taliban hərəkatının nümayəndələri ABŞ-la danışıqlar aparmaqdan imtina ediblər.
Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, taliblərin nümayəndələrinin Amerikanın elçisi, əslən əfqanıstanlı olan diplomat Zalmay Xəlilzadla görüşü gözlənilirdi. Taliban lideri verdiyi bəyanatda regional təsirə malik ölkələrin Pakistanın paytaxtı İslamabadda ABŞ nümayəndəsi ilə danışıqlara razılıq vermələrini tələb etdiyini, lakin bu görüşdən imtina etdiklərini deyib: "Regionla güclərin sülh prosesi ilə bağlı müəyyən gözləntiləri də vardı. Lakin biz onların bu istəklərini rədd etdik".
"Əminliklə deyə bilərik ki, biz İslamabadda ABŞ nümayəndəsi ilə görüşü qəbul etməyəcəyik" - deyə Talibanın sözçüsü Zabillah Mücahid bildirib.
Taliban lideri ABŞ-la danışıqlar üçün şərtlərini də açıqlayıb. O, bildirib ki, yalnız müəyyən şərtlər qəbul edilərsə, bu zaman ABŞ-la sülh danışıqları mövzuzunda görüşmək mümkün olar: "İlk şərtimiz budur ki, ABŞ Əfqanıstandan çəkilməlidir. İkinci şərtimiz isə məhbusların dəyişilməsi ilə bağlıdır. Digər şərtimiz isə budur ki, Taliban ldierlərinin hərəkəti ilə bağlı müəyyən qadağalar aradan qaldırılsın".