BAKI, 19 yanvar - Sputnik. Meksikada boru kəmərində baş verən partlayış nəticəsində ölənlərin sayı 66-ya çatıb.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bu barədə faciənin baş verdiyi İdalqo ştatının qubernatoru Ömər Fayyad özünün Twitter hesabında yazıb.
Sobrevolando el lugar de los hechos ocurridos en Tlahuelilpan. Estamos aplicando todas las medidas necesarias para atender a la población de la zona. pic.twitter.com/ptPGOGLbF5
— Omar Fayad (@omarfayad) January 19, 2019
Hadisə nəticəsində 76 nəfər xəsarət alıb. Onlardan bəzilərinin vəziyyəti ağır və çox ağırdır. Yaralananlar arasında 12 yaşlı uşaq da var. Daha 7 nəfər 18 yaşına çatmamış gənclərdir.
Xatırladaq ki, yanvarın 18-də və güclü yanğın boru kəmərinin Tlauelilpana rayonu ərazisindən keçən hissəsində partlayış və güclü yanğın baş verib. İnsanlar qanunsuz olaraq deşilən borudan yanacaq toplayırlarmış. Hadisə zamanı həmin yerdə 350-yə yaxın adam olub.
Meksika prezidenti Andres Manuel Lopes Obrador yanğın zamanı zərərçəkənlərə zəruri yardımın göstərilməsi barədə tapşırıq verib.