BAKI, 19 yanvar — Sputnik. Meksikanın İdalqo ştatında boru kəmərinin partlaması zamanı azı 21 nəfər ölüb, daha 71 nəfər yaralanıb.
📍Saldo hasta el momento: 20 muertos y 54 heridos por explosión del ducto en #Tlahuelilpan Hidalgo
— Noticias_CUBO (@Noticias_CUBO) 19 января 2019 г.
pic.twitter.com/77iYU5PAO1
Sputnik Azərbaycan RİA Novosti agentliyinə istinadla xəbər verir ki, bu barədə region qubernatoru Ömər Fayyada istinadən "Televisa" telekanalı məlumat yayıb.
"İlkin məlumatlar çox ağırdır, mənə 21 nəfərin yandığını və 71 nəfərin isə yanıq xəsarəti aldığı bildirilib" - deyə Fayyad söyləyib.
La Jefa de Gobierno .@Claudiashein dijo que 4 helicópteros de la @SSP_CDMX equipados como ambulancias y con médicos, se trasladan para apoyar la emergencia en #Tlahuelilpan Hidalgo 🔥 pic.twitter.com/7LhlrPG9pp
— Noticias_CUBO (@Noticias_CUBO) 19 января 2019 г.
Partlayış və güclü yanğın boru kəmərinin Tlauelilpana rayonu ərazisindən keçən hissəsində qanunsuz olaraq deşilən yerdə insanlar yanacaq toplayan zaman baş verib. Hadisə zamanı həmin yerdə 350-yə yaxın adam olub.
Meksika prezidenti Andres Manuel Lopes Obrador yanğın zamanı zərərçəkənlərə zəruri yardımın göstərilməsi barədə tapşırıq verib.