CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Şirvanda avtoqəzada yaralanmış sürücü xəstəxanada ölüb

© Sputnik / Irade JELILTəcili tibbi yardım
Təcili tibbi yardım - Sputnik Azərbaycan
Abunə olmaq
Faktla bağlı Şirvan Polis şöbəsində araşdırma aparılır

BAKI, 19 yanvar - Sputnik. Şirvan şəhərində 6 gün əvvəl baş vermiş yol-nəqliyyat hadisəsi zamanı yaralanan sürcü xəstəxanada keçinib.

"Report"un Mil-Muğan bürosunun məlumatına görə, yanvar 12-də Şirvan şəhərinin H.Əliyev prospektində “Mercedes” markalı, "99-KM-173" dövlət qeydiyyat nişanlı avtomobillə "VAZ-21011" markalı, "54-BH-327" dövlət qeydiyyat nişanlı maşının toqquşması nəticəsində 3 nəfər xəsarət almışdı.

Qəza zamanı xəsarət alanlardan biri - "VAZ-21011" markalı avtomobilin sürcüsü, 1972-ci il təvəllüdlü Azər Şəmiyev Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsində özünə gəlmədən ölüb.

Faktla bağlı Şirvan Polis şöbəsində araşdırma aparılır.

Xəbər lenti
0