Tailandlılardan qəribə aksiya: alt paltarlarını başlarına keçirdilər

© AP Photo / Sakchai LalitBankokda Sathorn binasından Çaupxraya çayının görünüşü
Bankokda Sathorn binasından Çaupxraya çayının görünüşü - Sputnik Azərbaycan
Abunə olmaq
Onlar alt paltarlarını maska əvəzinə işlətməyə başlayıblar.

BAKI, 17 yanvar — Sputnik. Tailandın paytaxtı Banqkokda havanın çirkli olması insanların bu şəhərdə yaşamasını mümkünsüz edib. Sputnik Azərbaycan Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu şəhərdə yaşayanlar havanın çirkindən qorunmaq üçün küçəyə çıxan zaman üzlərinə maska taxırlar. Apteklərdə maska bitdiyindən yerli əhali çirkli havadan qorunmaq üçün maraqlı üsula əl atıb. Onlar alt paltarlarını maska əvəzinə işlətməyə başlayıblar.

© sozcuBaşına alt paltarı keçirmiş bankoklu
Tailandlılardan qəribə aksiya: alt paltarlarını başlarına keçirdilər - Sputnik Azərbaycan
Başına alt paltarı keçirmiş bankoklu

Qeyd edək ki, hökumət yağış texnologiyası ilə havanın çirklənməsini qismən azaltmağa çalışır. Amma bu yetərli olmur.  Bu şəhərdə adambaşına 36-56 mikroqram toz və çirk düşməli olduğu halda, bu rəqəm 114-175 mikroqrama çatır.

© sozcuBaşına alt paltarı keçirmiş bankoklu
Tailandlılardan qəribə aksiya: alt paltarlarını başlarına keçirdilər - Sputnik Azərbaycan
Başına alt paltarı keçirmiş bankoklu
Xəbər lenti
0