CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"Azərenerji" güclü külək nəticəsində qəza baş verib-vermədiyinə aydınlıq gətirdi

© Sputnik / Taleh MahmudovДождливая погода в Баку
Дождливая погода в Баку - Sputnik Azərbaycan
Abunə olmaq
Yanvar ayının 16-da 70.2 milyon kvts elektrik enerjisi istehsal edilibsə, yanvarın 17-də 71.3 milyon kvts və ya 1.1 milyon kvts artıq elektrik enerjisi istehsal edilib

BAKI, 18 yanvar — Sputnik. Ötən gün yanvarın 16-sı ilə müqayisədə "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin (ASC) istehsal və ixracı artıb. Bu haqda "Azərenerji" ASC-dən Sputnik Azərbaycan-a verilən məlumatda bildirilib.

Qeyd olunub ki, güclü küləyin olmasına baxmayaraq "Azərenerji" ASC-nin balans mənsubiyyətində olan elkektrik stansiyaları, yarımstansiyalarda açılma və qəza halı baş verməyib.

"Yanvar ayının 16-da 70.2 milyon kvts elektrik enerjisi istehsal edilibsə, yanvarın 17-də 71.3 milyon kvts və ya 1.1 milyon kvts artıq elektrik enerjisi istehsal edilib. Eyni zamanda, yanvarın 16-da qonşu ölkələrə 7.5 milyon kvts elektrik enerjisi ötürüldüyü halda, yanvarın 17-də 7.8 milyon kvts elektik enerjisi ixrac edilib" – deyə verilən məlumatda vurğulanıb.

Xatırladaq ki, Azərbaycanda yanvarın 17-18-i tarixləri üçün ifrat təhlükəli hava şəraiti xəbərdarlığı edilib.

Xəbər lenti
0