ABŞ orbitdə hava hücumundan müdafiə sistemi yaratmağa çalışır

© AP Photo / Pavel GolovkinSu-57 hərbu paradda, arxiv şəkli
Su-57 hərbu paradda, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Bu Birləşmiş Ştatlara Rusiya və Çinin hipersəsli silahlarına qarşı durmağa imkan verəcək.

BAKI, 18 yanvar — Sputnik. Birləşmiş Ştatlar 2020-ci illərin ortalarında orbitdə hava hücumundan müdafiə sistemi yaratmağı planlaşdırır. Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir ki, bunu Pentaqon rəhbərinin siyasi məsələlər üzrə müavini Con Rud bildirib.

Onun sözlərinə görə, orbitdə hava hücumundan müdafiə sisteminin yaradılmasına dair eksperimentlər 2021-2022-ci illərdə baş tutacaq.

Rud, həmçinin əlavə edib ki, bu Birləşmiş Ştatlara Rusiya və Çinin hipersəsli silahlarına qarşı durmağa imkan verəcək.

Qeyd edək ki, ötən illin sonlarında ABŞ Rusiyanın hipersəs silahı qarşısında aciz olduğunu etiraf etmişdi. Belə ki, ötən ilin noyabrında Rusiya Müdafiə Nazirliyi Suriyada beşinci nəsil aviasiya kompleksinin hərbi fəaliyyətinin nümayiş etdirildiyi kadrları yayımlayıb. 1 dəqiqə 20 saniyəlik video Rusiya Müdafiə Nazirliyinin "Vkontakte"-dəki rəsmi hesabında yayımlanmışdı.

"Uçuşlar yeni nəsil təyyarənin real hərbi döyüşlər şəraitində bəyan edilən imkanlarını nümayiş etdirmək üçün həyata keçirilib" - deyə Rusiya Müdafiə Nazirliyinin məlumatında bildirilir.

Uçuşlar zamanı pilotlar təyyarənin uçuş-texniki xüsusiyyətlərini, intellektual informasiya – idarəetmə kompleksini, silahlanma kompleksi də daxil olmaqla bütün bort sistemin işini yoxlayıb. Ümumilikdə, ekipaj "Su-57" təyyarəsində 10-dan artıq uçuş həyata keçirib.

"Su-57" beşinci nəsil Suriya aviasiya kompleksidir. Kompleks bütün növ hava, yerüstü və suüstü hədəfləri məhv etməyə qadirdir. Təyyarə yüksək manevrliyə, həmçinin hipersəs rejimində uçuş həyata keçirmək imkanına malikdir. Təyyarə bir saatda 2600 kilometr məsafə qət etmək iqtidarındadır.

Xəbər lenti
0