Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

ABŞ neft hasilatına görə Rusiya və Ərəbistanı keçə bilər

© Sputnik / Vitaly Timkiv / Mediabanka keçidNeft buruğu
Neft buruğu - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ hasilatının artım həcmi təxminən gün ərzində 1,3 milyon barel ola bilər.

BAKI, 18 yanvar — Sputnik. Beynəlxalq Energetika Agentliyi (BEA) 2019-cu ildə Birləşmiş Ştatların neft hasilatına görə Rusiya və Səudiyyə Ərəbistanını ötəcəyini istisna etməyib. Bu barədə Sputnik Azərbaycan Rusiya KİV-nə istinadən xəbər verir.

BEA-nın məlumatına görə, belə ki, ötən il ABŞ-da maye halında karbohidrogenlərin hasilatının səviyyəsi "inanılmaz" və "gözlənilməz" olub və bir gündə 2,1 milyon barelə çatıb.

Qeyd olunur ki, 2019-cu ildə ABŞ hasilatının artım həcmi təxminən gün ərzində 1,3 milyon barel ola bilər.

Çünki bu il OPEK+ razılaşması çərçivəsində Səudiyyə Ərəbistanı və Rusiya hasilatın azalması ilə məşğul olacaq.

Xəbər lenti
0