BAKI, 18 yanvar - Sputnik. Britaniya kraliçası II Yelizavetanın həyat yoldaşı, 97 yaşlı Edinburq hersoqu şahzadə Filip İngiltərədə yol qəzasına düşüb.
Bu barədə "Report" BBC-ə istinadən xəbər verir.
Bildirilir ki, hadisə Sendiqrem kəndi yaxınlığında, Norfolk qraflığının qərbində baş verib. Məlumata görə, şahzadə Filip qəza zamanı xəsarət almayıb. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.