BAKI, 18 yanvar — Sputnik. "20 yanvar hadisəsi bizim matəmimiz yox, qürur yerimizdir".
Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən tədbirdə Bakı Uşaq Teatrının direktor və bədii rəhbəri İntiqam Soltan deyib. O bildirib ki, hər bir xalqın tarixində belə səhifələr olur.
"Düşünürəm ki, bu səhifəni qürurla yad etməliyik. Həmin zamanda xalqımız birliyini nümayiş etdirdi. Bu gün biz də çalışırıq ki, fəaliyyətimizlə bu hadisələrə işıq tutaq" - deyə İ.Soltan vurğulayıb.