BAKI, 17 yanvar — Sputnik. ABŞ Konqresinin üzvü, respublikaçı Maykl Makkol bəyan edib ki, ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In, böyük ehtimalla, Vyetnamda görüşəcəklər. Bu barədə Sputnik Azərbaycan "Bloomberg"-ə istinadən xəbər verir.
Makkolun sözlərinə görə, o, bu məsələ ilə bağlı Cənubi Asiya və Sakit Okean regionundan olan ölkələrin səfirləri ilə müzakirə aparıb: "Böyük ehtimalla, görüş Vyetnamın paytaxtı Hanoyda keçirəcək".
Ekspertlər hesab edirlər ki, Tramp və Kim Çen In yaxın aylarda görüşə bilərlər.
Qeyd edək ki, ABŞ və Şimali Koreya rəhbərliyi arasında ilk sammit 12 iyun 2018-ci ildə Sinqapurda baş tutub. Ölkələrin liderləri birgə bəyanat imzalayıblar. Bəyanatda göstərilir ki, Şimali Koreya özünü nüvəsizləşdirməyə hazırdır.