BAKI, 17 yanvar — Sputnik. “Rusiya növbəti Rusiya-İran-Azərbaycan üçtərəfli sammitinə ev sahibliyi etməyə hazırlaşır”.
Sputnik Azərbaycan RİA Novosti-yə istinadla xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında bildirib.
"Rusiya-İran-Azərbaycan samitini keçirmək növbəsi bizdədir. Biz belə bir sammit hazırlayırıq və sizi əmin edirəm ki, o baş tutacaq" - deyə Lavrov vurğulayıb.