SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Partiya sədri dövlət başçısının addımını müsbət qiymətləndirir

© TRENDQulamhüseyn Əlibəyli
Qulamhüseyn Əlibəyli - Sputnik Azərbaycan
Abunə olmaq
Qulamhüseyn Əlibəyli: "Dəyişikliklər idarəetmə mexanizminin təkmilləşdirilməsinə və səmərəliliyinin yüksəldilməsinə gətirib çıxaracaq və digər sahələrdə də davamlı həyata keçiriləcək"

BAKI, 17 yanvar — Sputnik. Xəbər verdiyimiz kimi, prezident İlham Əliyevin fərmanları ilə dövlət idarəetmə siistemində bir sıra struktur dəyişiklikləri edilib, bəzi dövlət qurumları ləğv edilib, bəzilərinin isə yenidən təşkili qərara alınıb.

Müqavilə imzalayan adam, arxiv şəkli - Sputnik Azərbaycan
SİYASƏT
Prezident fərman verdi: Nazirlik ləğv edilir, yerində ASC yaradılır

Sputnik Azərbaycan-a açıqlamasında yenilikləri şərh edən Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli deyib ki, bütövlükdə dövlət idarəetməsinin səmərəli təşkili baxımından icra hakimiyyəti sistemində struktur dəyişikliklərinin edilməsi dövlət inzibatçılığının daha da təkmilləşdirilməsi və daha çevik mexanizmin yaradılması üçün zəruri tədbirlərdir.

"Buna görə də son struktur dəyişiklikləri müsbət addım kimi qiymətləndirilə bilər. Konkret strukturların fəaliyyətini təhlil etmədən qeyd etmək olar ki, bəzi dövlət qurumlarının ləğvi, bəzilərinin isə yenidən təşkili, bir tərəfdən ümumilikdə icra aparatının sadələşdirilməsinə, idarəetmə funksiyalarının səmərəli bölünməsinə, digər tərəfdən isə onun saxlanması xərclərinin azaldılmasına yönəlik addımlardır" - partiya sədri bildirib.

"Əlbəttə bu struktur dəyişikliklərinin nə dərəcədə səmərəli olduğunu, nəzərdə tutulan məqsədlərə çatıb-çatmadığını müəyyən müddət keçdikdən sonra daha dəqiq qiymətləndirmək olar. İndilikdə isə, ümid etmək istərdim ki, bu dəyişikliklər bütövlükdə idarəetmə mexanizminin təkmilləşdirilməsinə və səmərəliliyinin yüksəldilməsinə gətirib çıxaracaq və digər sahələrdə də davamlı həyata keçiriləcək" - deyə Q.Əlibəyli əlavə edib.

Xəbər lenti
0