BAKI, 17 yanvar — Sputnik. 2016-cı ildə 74 yaşında dünyasını dəyişən əfsanəvi boksçu və məşhur aktivist Məhəmməd Əlinin adı Kentukidə hava limanına veriləcək.
Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, Louisvill yerli hava limanının adı "Lousvill Məhəmməd Əli Beynəlxalq Hava limanı" olaraq dəyişdiriləcək.
Məhəmməd Əlinin həyat yoldaşı Lonnie Ali verdiyi açıqlamada bununla qürur hiss keçirdiyini dilə gətirib: "Əli dünya vətəndaşı olmasına baxmayaraq, heç bir zaman öz vətənini unutmayıb".
Hava limanının idarə heyəti ad dəyişikliyini bir ildən çoxdur davam edən işlərin nəticəsi olaraq dəyərləndirib.
Qeyd edək ki, yaşasaydı, əfsanəvi boksçunun bu gün 77 yaşı olacaqdı.