Səudiyyə Ərəbistanında Turizm Assosiasiyaları Konfederasiyası Azərbaycana ərəb turistlərinin cəlb olunmasına yardımı nəzərdə tutan “yol xəritəsi” hazırlayır. Bunu Trend-ə Azərbaycan – Ərəb ölkələrinin Əməkdaşlığı Assosiasiyasının icraçı direktoru Yalçın Əliyev deyib.
Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov Sputnik Azərbaycan-a deyir ki, İslam ölkələrindən olan turistlərin Azərbaycana marağı başa düşüləndir:
“Əvvəlki illərdə müsəlman turistlər daha çox Amerika və Avropa ölkələrinə üz tuturdular. Sovetlər dönəmində müəyyən məhdudiyyətlərin olması onların bura marağını azaltmışdı. Ancaq indi müstəqillik dövründə turizm üçün qəbul edilmiş proqramlar turistlərin marağını cəlb edə bilib. Qəbul edilən proqramlarda da hədəf kütləsi kimi Ərəb ölkələrindən olan turistlər seçilmişdi. Azərbaycan ərəb turistləri üçün yeni ölkədir və onların bura maraqları böyükdür”.
Ekspertin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz