Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

İqtisadçılar Çin üçün bədbin proqnoz verdilər

© AP Photo / Andy WongÇin və ABŞ-ın bayraqları
Çin və ABŞ-ın bayraqları - Sputnik Azərbaycan
Abunə olmaq
Çinin iqtisadi yüksəlişi 6.3 faizə enəcək

BAKI, 17 yanvar — Sputnik. Ötən il ABŞ-ın Çinə tətbiq etdiyi iqtisadi sanksiyalarla əlaqədar olaraq Çinin iqtisadi yüksəlişi bu il daha da aşağı düşəcək. Sputnik Azərbaycan-ın ingilis mediasına istinadən xəbərinə görə, cari ildə Çinin iqtisadi yüksəlişinin 6.6 faizdən 6.3 faizə enməsi proqnozlaşdırılır. "Reuters" xəbər agentliyi 85 iqtisadçı arasında təşkil etdiyi sorğunun nəticəsi kimi bu qənaətə gəlib.

Dünyanın ikinci böyük iqtisadi potensialına sahib olan Çinə qarşı artan təzyiqlər ötən il riskli və problemli borcların artmasına da səbəb olub. Bu amil isə öz növbəsində kiçik şirkətlərin yardım almasını daha da çətinləşdirib.

Qeyd edək ki, hazırda iki tərəf arasında münaqişənin artan templə davam etməsi özünü idxal və ixrac olunan məhsullara qoyulan vergilərin qalxmasında kəskin olaraq biruzə verir. Bu səbəbdən də son 29 ildə Çin iqtisadiyyatında ilk dəfə olaraq kəskin zəifləmə proqnozlaşdırılır.

Xatırladaq ki, 2017-ci ildə iqtisadi yüksəliş 6.9 faiz olaraq qiymətləndirilmişdir.

 

Xəbər lenti
0