BAKI, 17 yanvar — Sputnik. Bakı Nəqliyyat Agentliyində (BNA) yeni təyinat olub.
Sputnik Azərbaycan xəbər verir ki, qurumun İctimaiyyətlə əlaqələr sektorunun müdiri vəzifəsinə Rəvanə Əliyeva gətirilib. Məlumatı BNA-dan təsdiqləyiblər.
Qeyd edək ki, Əliyeva bundan əvvəl BNA-nın İctimaiyyətlə əlaqələr sektorunda baş məsləhətçi vəzifəsində çalışıb.
Daha əvvəl Rəvanə Əliyeva Binəqədi Rayon İcra Hakimiyyətində İctimai-siyasi və humanitar məsələlər şöbəsində çalışıb.