BAKI, 17 yanvar — Sputnik. Ötən ilin yanvar-noyabr aylarında Azərbaycanın emal sənayesində 9,632 milyard manatlıq məhsul istehsal edilib və sənaye xarakterli xidmətlər göstərilib.
İstehsal edilən məhsulların siyahısında qida və neft məhsulları, tikinti materialları, rezin və plastik kütlə məmulatları, kağız və karton, içkilər, poliqrafiya məhsulları, elektrik avadanlıqları, avtomobillər, kompüterlər, geyimlər, əczaçılıq məhsulları, zərgərlik məmulatları, tütün məhsulları və sair var.
Sənaye xidmətləri sektorunda isə metallurgiya, kimya, toxuculuq sənayesi sahəsində xidmətlər göstərilib. 2017 və 2018-ci ildə respublikamızda məhsul istehsalının və sənaye xidmətlərinin göstəriciləri ilə Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiniz.