Qələm - Sputnik Azərbaycan
TƏHLİL
Sosial-iqtisadi, ictimai-siyasi, mədəniyyət, idman və digər sahələrə aid aktual təhlillər

Yeni qurum yeni ümidlər yaradıb - Yüz milyonlarla gəlir əldə edəcəyik

© Sputnik / Anar MustafayevМинистерство оборонной промышленности Азербайджана
Министерство оборонной промышленности Азербайджана - Sputnik Azərbaycan
Abunə olmaq
Hərbi ekspert: ""Azərsilah" ASC Azərbaycan iqtisadiyyatına yüz milyonlar gətirəcək"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 16 yanvar — Sputnik. Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 14-də "Azərsilah" Açıq Səhmdar Cəmiyyətinin (ASC) yaradılmasına dair fərman imzalayıb. Fərmana əsasən, ölkədə dövlət idarəetmə strukturunu optimallaşdırmaq, müdafiə sənayesinin inkişafının dayanıqlılığını təmin etmək, bu sahədə idarəetmə mexanizmlərini daha təkmilləşdirmək, habelə sənayeləşmənin yeni mərhələsində mövcud potensialdan səmərəli istifadə etməklə Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsinə nail olmaq məqsədilə Müdafiə Sənayesi Nazirliyinin əsasında "Azərsilah" ASC yaradılır.

Müqavilə imzalayan adam, arxiv şəkli - Sputnik Azərbaycan
SİYASƏT
Prezident fərman verdi: Nazirlik ləğv edilir, yerində ASC yaradılır

Sənədə əsasən, Cəmiyyətin qabaqcıl texnologiyaları tətbiq etməklə Azərbaycanda silah istehsalını, ixracını, onların ölkə daxilində və xaricdə satışının təşkilini həyata keçirən, müasir menecment və korporativ idarəetmə standartları əsasında tabeliyində olan müəssisələrin fəaliyyətinin əlaqələndirilməsini və bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirən kommersiya hüquqi şəxs olduğu müəyyən edilib.

Yeniliyi Sputnik Azərbaycan-a şərh edən hərbi ekspert Rəşad Süleymanovun sözlərinə görə. Müdafiə Sənayesi Nazirliyinin strukturunun dəyişdirilməsi və "Azərsilah" ASC-nin yaradılmasında məqsəd ağır və mərkəzi aparatı olan strukturu çevik, dünya bazarlarında proseslərə reaksiya verə və müdaxilə edə bilən, işlək və mütərəqqi layihələrə açıq bir struktura çevirməkdir: ""Azərsilah" ASC artıq Azərbaycan iqtisadiyyatına valyuta gətirə biləcək bir struktura çevrilə bilər. Bildiyim qədər, bununla bağlı işlər bir müddət idi ki, nəzərdən keçirilirdi".

"Daha əvvəl Müdafiə Sənayesi Nazirliyinin də müəssisələrinin səhmdar cəmiyyətlərə çevrilməsi məsələsi gündəmdə idi. Cənab Prezidentin ölkədə aparılan struktur dəyişiklikləri çərçivəsində atdığı addım təqdirəlayiqdir. Çünki, dünyada müdafiə sənayesi məhsulları, əsasən biznes strukturlarıdır. Burada biznes, kommersiya qaydaları keçərlidir və istənilən struktur qəbul olunan qaydalar üzərində fəaliyyət göstərməlidir" - deyə R.Süleymanov bildirib.

Hərbi ekspert vurğulayıb ki, Azərbaycan kiçik bir dövlətdir və onun müdafiə sənayesi məhsullarına ehtiyacı o qədər də böyük deyil: "Lakin dünyada hərbi sahədə Azərbaycan məhsullarına çox böyük tələbat var. Bu qlobal bazarda isə istənilən istehsalçı qısa bir zamanda özünə yer tapa bilmirsə, tələbləri qısa zamanda qarşılaya bilmirsə, onun yerini dərhal digər istehsalçılar, oyunçular tutur".

Müsahibimizin fikrincə, Müdafiə Sənayesi Nazirliyi bu proseslərə o qədər də çevik reaksiya verə bilmirdi: "Lakin düşünürəm ki, "Azərsilah" ASC bu sahədə daha çevik olacaq. Çünki, yeni yaradılan qurum öz-özünü maliyyələşdirməli və dövlətin iqtisadiyyatına vəsait gətirməlidir".

Süleymanov Müdafiə Sənayesi Nazirliyinin tərkibində olan müəssisələrin "Azərsilah" ASC-nin tərkibində şirkətlər olaraq fəaliyyət göstərəcəyini düşünür: "Bu şirkətlərin xarici korporasiyalarla birgə layihələr həyata keçirəcəyini, əməkdaşlıq edəcəyini proqnozlaşdırmıram. Azərbaycan təcrübəsində buna dair bir neçə nümunə var və bu nümunələr olduqca effektiv olub. "Azərsilah" ASC-nin formalaşasından sonra onun tərkibində olan zavodlarda da struktur dəyişiklikləri olacaq. Nazirlikdə əgər hər idarədə onlarla adam işləyirdisə, indi ixtisarlar olacaq, kadr dəyişiklikləri olacaq, idarəçilik optimallaşdırlacaq".

İlham Əliyev yeni inşa edilmiş “Tufan” tipli sərhəd gözətçi gəmisi ilə tanış olub - Sputnik Azərbaycan
FOTO
Azərbaycanın ilk dəfə nümayiş olunan müasir silahları və hərbi texnikası - FOTOLENT

Mütəxəssis, "Azərsilah" ASC-nin yalnız keçmiş Müdafiə Sənayesi Nazirliyinin müəssisələri ilə əməkdaşlıq və onların məhsullarının satışı ilə kifayətlənməmə olduğu qənaətindədir: "Azərbaycanda müdafiə sənayesi sahəsində fəaliyyət göstərən özəl şirkətlər də var. "Azərsilah" ASC Rusiyanın "Rosoboroneksport" şirkəti kimi şirkətlərin məhsullarını da öz üzərindən həyata keçirə bilər. Bu isə Azərbaycanda bu sahədə vahid ixrac mexanizminin yaradılması ilə nəticələnə bilər".

Rəşad Süleymanov vurğulayıb ki, ümumilikdə ötən il Müdafiə Sənayesi Nazirliyinin xaricə ixracının həcmi 100 milyon dolları keçib: "Ötən il neft sektorundan sonra Azərbaycan iqtisadiyyatına valyuta gətirən ikinci sahə müdafiə sənayesi sahəsi olub. Struktur islahatının həyata keçirilməsi, qurumun fəaliyyətinin optimallaşdırılması, eləcədə bu sahədə özəl sektor üçün stimullaşdırıcı addımların atılması yaxın 5-10 ildə bu sahədən gələn gəlirlərin 5-6 dəfə artımı ilə nəticələnə bilər".

O, həmçinin qeyd edib ki, hazırda bir sıra xarici şirkətlər müdafiə sənayesi sahəsində həm Azərbaycanın dövlət, həm də özəl müəssisələri ilə layihələr həyata keçirir: "Bura müxtəlif dronların, müxtəlif təlim-tədris sistemlərinin, poliqon avadanlıqlarının yaradılması, hərbi texnikanın, zirehli jiletlərin, hərbi texnikalar üçün akkumulyatorların yaradılması layihələri daxildir. Biz bunun nəticələrini yaxın aylarda görəcəyik".

Ehtiyatda olan polkovnik, uğurlu Horadiz əməliyyatının komandiri Şair Ramaldanov da Sputnik Azərbaycan-a şərhində sözügedən struktur islahatını müsbət qiymətləndirib: "Bu, bütün dünyada geniş tətbiq olunan praktikadır. Azərbaycanın da hərbi sənayesi, onun potensialı getdikcə genişlənir. Azərbaycanın istehsal etdiyi hərbi məhsullar beynəlxalq sərgilərdə iştirak edir, şirkətlərimiz xarici ölkələrdən sifarişlər alır".

Onun fikrincə, "Azərsilah" ASC-nın yaradılmasında məqsəd hərbi sənaye sahəsində işlərin daha da təkmilləşdirilməsi, keyfiyyətinin artırılması və işin daha da məqsədyönlü şəkildə idarə edilməsini təmin etməkdir.

"Azərbaycan Türkiyə və İsrailə ilə bir neçə istiqamətdə birgə fəaliyyət göstərir. Bura Pilotsuz Uçuş Aparatı (PUA) və optik cihazların istehsalı daxildir. Yeni yaradılan qurum isə bu istiqamətdə işlərin daha da sürətlənməsinə səbəb olacaq. Azərbaycanın hərbi saniyəsinin imkanları daha da genişlənəcək, istehsal etdiyimiz məhsullar beynəlxalq arenaya çıxaraq özünəməxsus yer tutacaq".

Xəbər lenti
0