CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Ölkə üzrə bütün təhsil müəssisələrində dərslər dayandırıldı

© Photo : Təhsil Nazirliyinin mətbuat xidmətiAzərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov
Azərbaycan Respublikasının təhsil naziri Ceyhun Bayramov - Sputnik Azərbaycan
Abunə olmaq
Təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılması barədə əmr imzalanıb

BAKI, 16 yanvar — Sputnik. Təhsil naziri Ceyhun Bayramov 2019-cu il yanvarın 17-si və 18-də Respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılması barədə əmr imzalayıb.

Təhsil Nazirliyinin (TN) mətbuat xidmətinin rəhbəri Cəsarət Valehovun Sputnik Azərbaycan-a verdiyi məlumata görə, buna səbəb hava şəraitinin kəskin pisləşəcəyi ilə bağlı proqnozdur. Nazirin əmri ilə qarşıdakı iki gün ərzində respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesi dayandırılsın və bununla bağlı bütün tədbirlər təxirə salınıb.

"Təhsil Nazirinin əmri ilə bütün təhsil müəssisələrində təlim-tərbiyə ilə bağlı bütün tədbirlər 17 və 18 yanvar tarixlərində təxirə salınır.Bura bütün ümumtəhsil müəssisələri, ilk peşə təhsil müəssisələri,orta ixtisas,ali məktəblərdə istənilən növ tədris tədbirləri -dərs, imtahan,kollokvium və sair daxildir. Eyni zamanda, istər dövlət, istər özəl təhsil müəssisələri və uşaq baxçaları da bu siyahıya daxildir" - deyə C.Valehov bildirib.

Qeyd edək ki, ölkə ərazisində yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq 18-i gündüzədək gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aparatında və Milli Hidrometeorologiya Departamentində Qərargahlar yaradılıb, Nazirliyin bütün qurumları səfərbər edilərək gücləndirilmiş iş rejiminə keçib. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.

Снег в Баку - Sputnik Azərbaycan
CƏMİYYƏT
Sabah hava şəraiti ilə bağlı uşaqların bağçaya aparılmaması tövsiyə edilir - RƏSMİ

Onun sözlərinə görə, ETSN-nin Aparatında yaradılan Qərargahdan dövlət qurumları və Nazirliyin regional idarələri arasında koordinasiyanın daha da gücləndirilməsi məqsədilə operativ faktiki hava məlumatları təqdim olunacaq: "Milli Hidrometorologiya Departamentində yaradılan Qərargahdan müşahidə olunan proseslə bağlı ətraflı məlumatlar - yağıntılar, küləyin sürəti, istiqaməti, dənizdə dalğanın hündürlüyü ilə bağlı məlumatların hər üç saatdan bir aidiyyəti dövlət orqanlarına ötürülməsi təmin ediləcək və ictimaiyyətə kütləvi informasiya vasitələri vasitəsilə canlı və yazılı veriləcək. Təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar məlumatları almaq üçün birbaşa Qərargah üzvlərinə müraciət oluna bilər".

Qərargahın və Qərargah üzvlərinin telefon nömrələri:

Ekologiya və Təbii Sərvətlər Nazirliyi

Qərargah (012) 538 04 81

Rəşad Allahverdiyev (012) 538 54 54

İradə İbrahimova (050) 300 92 29

Tural Məmmədov (012) 538 85 13

Milli Hidrometeorologiya Departamenti

Qərargah (012) 441 11 75

Umayra Tağıyeva (050) 225 32 42

Asif Verdiyev (050) 394 12 23

Gülşad Məmmədova(050) 550 28 36

Xəbər lenti
0