Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Təbiətə ziyan vuranlar cinayət başında yaxalandılar - FOTOLAR

© Sputnik / Leyla AbdullayevaQuba rayon ərazisində meşə fonduna aid kəsilən ağaclar
Quba rayon ərazisində meşə fonduna aid kəsilən ağaclar - Sputnik Azərbaycan
Abunə olmaq
Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər

Leyla Abdullayeva,Sputnik Azərbaycan

BAKI, 16 yanvar — Sputnik. Quba rayon ərazisində meşə fonduna aid ağac kəsərək təbiətə ziyan vuran şəxslər saxlanılıb. Bu barədə Sputnik Azərbaycan-ın bölgə müxbirinə DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan məlumat verilib.

© Sputnik / Leyla AbdullayevaQuba rayon ərazisində meşə fonduna aid ağac kəsərək təbiətə ziyan vuran şəxslər saxlanılıb
Təbiətə ziyan vuranlar cinayət başında yaxalandılar - FOTOLAR - Sputnik Azərbaycan
Quba rayon ərazisində meşə fonduna aid ağac kəsərək təbiətə ziyan vuran şəxslər saxlanılıb

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə, rayonun İsnov kəndi ərazisində yerləşən meşə massivindən qanunsuz olaraq ağac kəsməkdə şübhəli bilinən kənd sakinləri Rəmzi Əlirzayev və Əkbər Kərimov saxlanılıblar.

Aparılan tədbirlərlə məlum olub ki, kənd sakini Rəmzi Əlirzayev həmkəndlisi olan Əkbər Kərimovun köməyi ilə meşə massivində yerləşən yaş gövdəli ağacı kəsərək, R.Əlirzayevə məxsuz "Qaz 66" markalı yük avtomobili ilə daşıyıblar. Onlar ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən saxlanılaraq RPŞ-yə gətiriblər.

© Sputnik / Leyla AbdullayevaQuba rayon ərazisində meşə fonduna aid ağac kəsərək təbiətə ziyan vuran şəxslər saxlanılıb
Təbiətə ziyan vuranlar cinayət başında yaxalandılar - FOTOLAR - Sputnik Azərbaycan
Quba rayon ərazisində meşə fonduna aid ağac kəsərək təbiətə ziyan vuran şəxslər saxlanılıb

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri əməli etiraf ediblər.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Xəbər lenti
0