CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda xəstəxanalar yüksək hazırlıq vəziyyətinə gətirilib

© Sputnik / Irade JELILTəcili tibbi yardım
Təcili tibbi yardım - Sputnik Azərbaycan
Abunə olmaq
Tibb müəssisələrinin rəhbərlərinə telefonoqramlar göndərilib

BAKI, 16 yanvar — Sputnik. Səhiyyə naziri Oqtay Şirəliyev respublika əhəmiyyətli iri tibb müəssisələrinin rəhbərləri ilə şəxsən görüşərək onlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlığını nəzərə alıb, gücləndirilmiş iş rejiminə keçmələri barədə tapşırıqlar verib.

Bu barədə Sputnik Azərbaycan-a nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, digər tibb müəssisələrinin rəhbərlərinə telefonoqramlar göndərilib.

Tibb müəssisələri tam hazır vəziyyətə gətirilib.

Xəbər lenti
0