BAKI, 16 yanvar — Sputnik. Bu ilin sentyabrında təqdimatı planlaşdırılan "iPhone 11"in bəzi özəllikləri haqda artıq müəyyən məlumatlar yayılıb.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, ötən il 3 modeli ilə gözləntiləri əldə edə bilməyən "Apple" şirkəti bu il də "iPhone"un yeni modeli ilə diqqətlərini üzərinə cəmləməyi planlaşdırır. Məlumata görə, yeni telefon modelinin 3 kamerası var. Yeni modelin həmçinin Wi-Fi-nın daha sürətli olduğu bildirilir.
Yayılan qeyri-rəsmi məlumata görə, şirkət bu il "iPhone SE 2" modelini də təqdim edəcək. Ümumilikdə isə bu il 4 "iPhone" modelli telefonun satışı proqnozlaşdırılır.