BAKI, 16 yanvar — Sputnik. Estetik xəstəsi olan 35 yaşlı Rodriqo Alves növbəti dəfə İranda əməliyyat olunub.
Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, Alves özünü oyuncaq uşaq obrazı olan Kenə bənzətmək üçün dəfələrlə əməliyyat olunub. Həkimlər isə Rodriqo Alvesə xəbərdarlıq edərək bu əməliyyatların onun həyatı üçün riskli olduğunu bildirib. Lakin estetik xəstəsi olan məşhur bu xəbərdarlıqlara məhəl qoymayıb. O bu dəfə üzünün böyüklüyünü kiçiltmək üçün estetik əməliyyat olunub. “Uşaq Ken” kimi tanınan məşhur həmçinin göz qapaqları, çənə hissəsini də estetik elətdirib.
Посмотреть эту публикацию в Instagram