Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

Yeni fərman sahibkarlar qarşısında "yaşıl işıq" yandıracaq

CC0 / Skitterphoto / PeopleЛюди в аэропорту, фото из архива
Люди в аэропорту, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Aqrar Xidmətlər Agentliyinin yaradılması optimallaşmanı, çevik və səmərəli idarəetməni təmin edəcək

Xalid Məmmədov, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Dövlət başçısı yanvarın 14-də "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" fərman imzalayıb. Sənədə əsasən, Kənd Təsərrüfatı Nazirliyinin (KTN) tabeliyində olan 4 qurumun əsasında Aqrar Xidmətlər Agentliyi yaradılıb.

Müqavilə imzalayan adam, arxiv şəkli - Sputnik Azərbaycan
SİYASƏT
Prezident fərman verdi: Nazirlik ləğv edilir, yerində ASC yaradılır

Struktur dəyişikliyini Sputnik Azərbaycan-a şərh edən iqtisadçı-ekspert Mircavid Həsənov fərmanı təqdirəlayiq hesab edir: "Əvvəllər hər hansı bir kənd təsərrüfatı məhsulunun idxal-ixracında sənədləşmə ilə bağlı müəyyən problemlər var idi və sertifikat almaq üçün bir idarədən başqa idarəyə getməli olurdun. Artıq bundan sonra "Bir pəncərə" sistemi olacaq, yəni, sahibkarlar bütün işlərini Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi ilə həll edə biləcəklər".

Ekspert bildirib ki, ölkəyə kənd təsərrüfatı məhsulları idxal edənlərin, məsələn, baytarlıq ilə bağlı sənəd almaq üçün 3-4 gün vaxtı gedirdi: "Bir kənd təsərrüfatı məhsulunu sənədləşdirmək üçün ən az 1 həftə vaxt gedirdi. Sözügedən sənəd kənd təsərrüfatı məhsullarının həm ixracı, həm də idxalı üçün çox mühüm addımdır".

Məsələ ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Sputnik Azərbaycan-a bildiriblər ki, "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" fərman Azərbaycan Prezidentinin həyata keçirdiyi aqrar siyasətin tərkib hissəsidir.

"Aparılan aqrar islahatlar kənd təsərrüfatının davamlı və uğurlu inkişafını təmin edir. Fərmana əsasən, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olmuş 4 qurumun - Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Aqrar Xidmətlər Agentliyi yaradılıb" - deyə qurumdan qeyd olunub.

Kənd Təsərrüfatı Nazirliyi (KTN) yanında Aqrar Xidmətlər Agentliyi (AXA) baytarlıq və fitosanitar xidmətlərin təşkilini, idarə edilməsini və keyfiyyətinə nəzarəti; kənd təsərrüfatı texnikasının qeydiyyatını, texnikaya nəzarət fəaliyyətini və bu sahədə dövlət xidmətlərini; aqrokimya, toxum və bioloji laboratoriyalar, sort sınaq məntəqələri, toxum sertifikatlaşma mərkəzlərində xidmətlərin təşkili və göstərilməsinə nəzarəti həyata keçirəcək.

Ləğv olunan qurumların digər funksiya, hüquq və vəzifələri də yeni Agentliyə keçir.

KTN-dən diqqətə çatdırılıb ki, Nazirliyin tabeliyində olmuş 4 qurumun əsasında Aqrar Xidmətlər Agentliyinin yaradılması optimallaşmanı, çevik və səmərəli idarəetməni təmin edəcək. Həyata keçirilən islahatlar aqrar sektorda innovativ həllərin tətbiqinə imkan verəcək, elektron xidmətlərə keçidi sürətləndirəcək və şəffaflığı daha da artıracaq.

Müslüm İbrahimov - Sputnik Azərbaycan
Ekspert Azərbaycanda kənd təsərrüfatı məhsullarının ixrac imkanlarını açıqladı

İslahatlar nəticəsində aqrar xidmətlərdə vahid standartlar tətbiq olunacaq. Bu addımlar dövlət xidmətlərini fermerlər üçün daha əlçatan edəcək. Xidmətin keyfiyyətinə daim nəzarət olunacaq. Bu xidmətlər Dövlət Aqrar İnkişaf Mərkəzləri (DAİM) vasitəsilə göstəriləcək, Agentlik bu sahədə DAİM-lərin fəaliyyətini əlaqələndirəcək.

Hazırda DAİM-lərdə fermerlərə müxtəlif fəaliyyət növləri üzrə 70-dək xidmət göstərilir. Aparılan struktur dəyişiklikləri ilə əlaqədar bu xidmətlərin sayı daha da artacaq.

Fərman aqrar sahədə mövcud çağırışlara cavab verir və vətəndaş məmnunluğunu artırmağa hədəflənib.

Xəbər lenti
0