BAKI, 15 yanvar — Sputnik. Qlobal rəqabətlilik indeksi - qlobal tədqiqat və onu müşayiət edən dünya ölkələrinin iqtisadi rəqabətlilik göstəricisi üzrə reytinqidir. Bu indeks, iqtisadi inkişafı müxtəlif səviyyələrdə olan dünya ölkələrinin rəqabətə davamlılığını xarakterizə edən 113 dəyişəndən ibarətdir.
Dəyişənlərin üçdə ikisi tədqiq olunan ölkələrdə biznes mühitinə təsir edən əsas amilləri öyrənmək məqsədilə şirkət rəhbərləri arasında sorğu keçirilib. Dəyişənlərin üçdə biri isə ümumi istifadəyə açıq olan ümumi mənbələrdən götürülüb. Bütün dəyişənlər milli rəqabətə davamlılığı müəyyən edən 12 sınaq göstəricidə birləşdirilib.
Postsovet ölkələrində rəqabətə davamlılığın sınaq göstəriciləri və qlobal rəqabətlilik indeksinin reytinqi ilə Sputnik Azərbaycan-ın infoqrafikasında tanış ola bilərsiz.