BAKI, 15 yanvar — Sputnik. Prezident İlham Əliyevin nəvəsi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Azərbaycanın Xalq artisti Emin Ağalarovun oğlu Əli Ağalarov "Zima" (Qış) estrada mahnıları beynəlxalq uşaq musiqi festivalının iştirakçısı olub. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat Ə.Ağalarovun "Instagram" səhifəsində yerləşdirilib.
Səhifədə yazılıb: ""Zima" Beynəlxalq Uşaq Musiqi festivalının növbəti iştirakçısı - Əli Ağalarov! Əli "Oxbridge Academy"-də təhsil alır. Boş vaxtlarında dostları ilə "Fortnite" online oyununu oynayır və musiqi dinləyir. Onun sevimli ifaçısı Elceydir. Elə həmin ifaçı Əlidə musiqiyə həvəs oyadıb! Əliyə Heydər Əliyev sarayının səhnəsində uğurlu çıxış arzulayırıq!"
Qeyd edək ki, sözügedən festivalın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Ülviyə Könüldür. Layihənin vokal üzrə pedaqoqu Ukraynanın əməkdar artisti Rimma Şapovalova, musiqi prodüseri Rüstəm Rzayevdir. Festival "Beat Group" şirkəti tərəfindən təşkil edilib və Azərbaycan İctimai Televiziya və Radio Yayımları Birliyinin dəstəyi ilə keçiriləcək.
Посмотреть эту публикацию в Instagram
Festivalın finalı 2019-cu ilin 6 fevralında Heydər Əliyev sarayında olacaq.