CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azərbaycanda görənləri heyrətə salan skelet aşkarlanıb

© Sputnik / Ilham AhmadovOğuz rayonu ərazisində yerləşən Qala çayının daşması
Oğuz rayonu ərazisində yerləşən Qala çayının daşması  - Sputnik Azərbaycan
Abunə olmaq
Uzunluğu 50 sm-ə qədər olan bu heyvan skeletinin qabaq ətrafları yoxdur

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 15 yanvar — Sputnik. Hər kəsə məlumdur ki, məməlilər sinfinə aid heyvanların (zürafədən tutmuş, kiçik siçanadək) boynunda 7 sümük olur. Oğuz rayonunun Böyük Söyüdlü kəndində tapılan heyvan skeleti isə tam fərqli formadadır. Belə ki, heyvan skeletinin boynunda boyun sümüklərinin sayı 5-dir.

Uzunluğu 50 sm-ə qədər olan bu heyvan skeletinin qabaq ətrafları yoxdur. Göz çuxurları iridir. Çənə sümükləri yuxarıdan aşağıya doğru basıq olmaqla yanlara açılıb.

© Sputnik / Ilham AhmadovOğuz rayonunun Böyük Söyüdlü kəndində tapılan heyvan skeleti
Azərbaycanda görənləri heyrətə salan skelet aşkarlanıb - Sputnik Azərbaycan
Oğuz rayonunun Böyük Söyüdlü kəndində tapılan heyvan skeleti

Heyvan skeletinin 5 boyun, 12 döş, 8 oma və 13-14 quyruq sümüyü var. Arxa ətrafı 3 hissədən ibarətdir və ilk baxışdan, heyvanın dik yeriməsi əlamətləri müşahidə olunur.

Ağzında (hər tərəfdə) 3 azı diş, 1 köpək dişi, qabaqda isə 5 gəmirici xırda dişlər olub. Skeletin yanındakı qarğıdalı qalıqlarından heyvanın bitkilərlə qidalandığı ehtimal edilir.

Sputnik Azərbaycan-ın bölgə müxbiri xəbər verir ki, bu qeyri-adı heyvan skeletini Laçın rayonundan Oğuzun Böyük Söyüdlü kəndinə köçmüş Muradxan Novruzov tapıb. O, evinin döşəməsini təmir etmək istəyərkən zirzəmidə skeletə rast gəlib.

© Sputnik / Ilham AhmadovMuradxan Novruzovun evi
Azərbaycanda görənləri heyrətə salan skelet aşkarlanıb - Sputnik Azərbaycan
Muradxan Novruzovun evi

Ev sahibi deyir ki, ilk dəfə belə bir skeletlə qarşılaşır: "Doğrusu, özüm də görəndə şok oldum ki, belə bir qeyri-adi, yırtıcıya bənzər heyvanın skeleti evimin zirzəmisində nə gəzir. Qonşulara, kəndin ağsaqqallarına müraciət elədim. Onlar da gördüklərinə inanmadılar".

"Bu skelet ölçülərinə görə pişik skeletinə bənzəyir. Amma pişiyin boynunda 7 sümük olur. Bu skeletdə isə 5 sümük var. Elə bizim marağımıza da səbəb olan heyvanın qeyri-adi quruluşlu olmasıdır" – deyə M.Novruzov vurğulayır.

Kəndin müxtəlif heyvanlar görmüş ən yaşlı sakinləri də belə bir skeleti ilk dəfə gördüklərini bildirirlər. Həmçinin istəyirlər ki, aidiyyəti qurumlar bu skeletin hansı heyvana məxsus olmasını araşdırsın.

Sputnik Azərbaycan-ın əməkdaşı skeletin şəklini Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun direktoru Elman Yusifova göndərərək, onun hansı heyvana aid olduğunu öyrənməyə çalışıb. Lakin mütəxəssis şəklə baxmaqla heyvanın növünü müəyyənləşdirməyin mümkün olmadığını deyib.

"Bizim İnstitut ciddi müəssisədir və şəklə baxmaqla fikir bildirmək olmaz" - deyə E.Yusifov bildirib.

Xəbər lenti
0