BAKI, 15 yanvar — Sputnik. Şimali Karolina ştatının Şarlotta şəhərinin qərbində mobil telefon dükanında çalışan azərbaycanlı Elçin Xəlilov öldürülüb. Sputnik Azərbaycan xarici mətbuata istinadla xəbər verir ki, qatil hələ saxlanılmayıb.
Meyit aşkar edildikdən sonra polisə xəbər verilib. Müəyyən edilib ki, 29 yaşlı azərbaycanlı saat 11.00 radələrində öldürülüb.
Elçin Xəlilova boynundan güllə ilə vurularaq öldürüülb.
Qeyd edək ki, əslən azərbaycanlı olan E.Xəlilov N.Sharon Amity Rd. 3100 ünvanında yerləşən mağazanın həm də sahibi olub.
Cinayətkarın mağazanı qarət etdiyi bildirilib.