CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Rəsmi qərar qüvvəyə minmədən qiymətlər qalxıb - Möhtəkirlər yenə iş başında

© Sputnik / Anar MustafayevВитрина магазина в Баку, фото из архива
Витрина магазина в Баку, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
Sorğumuzdan sonra şirkətin rəsmi nümayəndəsi "Facebook" səhifəsində qiymətlə bağlı paylaşım edib

Nigar Məhərrəm, Sputnik Azərbaycan

BAKI, 14 yanvar — Sputnik. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 yanvar 2019-cu il tarixli qərarı ilə aksizli malların aksiz dərəcələrində dəyişiklik edilib. Yeni dəyişikliyə əsasən, alkoqollu və alkoqolsuz içkilər, enerji içkiləri, o cümlədən də siqar və siqarellaların aksiz vergiləri qalxacaq.

Мужчина пьет энергетический напиток за рулем автомобиля - Sputnik Azərbaycan
CƏMİYYƏT
Bütün enerji içkilərinin qiyməti bahalaşıb: Səbəb və nəticələr bəlli oldu

Yeni dəyişikliklərlə bağlı qərar fevral ayından etibarən qüvvəyə minəcək. Aksiz dərəcələrində olan dəyikşikliklər isə qiymət artımını qaçılmaz edib.

Maraqlıdır, hər dəfə olduğu kimi bu dəfə də işbazlar vəziyyətdən sui-istifadə edərək bir ay öncədən süni bahalaşma yaradacaqlarmı? Market və köşklərdə erkən bahalaşmanın olub-olmamasını öyrənmək üçün Sputnik Azərbaycan-ın əməkdaşı kiçik müşahidə-araşdırma aparıb.

Satıcı Hüseyn İbrahimov artıq bəzi məhsulların qiymətində artımın olduğunu deyib: "Üç gündür ki, bəzi enerji içkiləri bahalaşıb. Hələ ki, bahalaşan məhsullarımız "Redbull" və "Hell"dir. Onların qiymətində 100 faizlik artım var. Artıq 3 gündür ki, bu məhsulları bizə öncəki qiymətlə gətirmirlər".

Satıcının dediklərindən belə anlaşıldı ki, əvvəllər 1.20 manata satılan məhsul artıq 2.20 manata satılır.

Sorğu zamanı digər maraqlı nüans da ortaya çıxdı. Belə məlum oldu ki, mağazalardan fərqli olaraq bəzi köşklərdə artıq bir neçə həftədir ki, digər içkilərin də bir qisminin qiymətləri qalxıb. Bu isə, o deməkdir ki, Nazirlər Kabinetinin müvafiq qərarının verilməsindən daha öncə süni qiymət artımı olub.

Hell - Sputnik Azərbaycan
Enerji içkiləri bahalaşıb

""Red bull" və "Hell" bir manatadək bahalaşıb. Artıq iki həftədir ki, qiymətlər qalxıb. Buna baxmayaraq, alıcılıq qabiliyyəti heç də aşağı düşməyib" – deyə "Elmlər Akademiyası" metrostansiyasının yaxınlığında yerləşən köşkün satıcısı bildirib.

Alkoqollu enerji içkilərinin qiymətini öyrənmək üçün müxtəlif marketlərdə olduq. Alkoqolsuz enerji içkilərindən fərqli olaraq alkoqollu enerji içkisi hesab edilən "Yaquar" və "Go"nun qiymətlərində, hələ ki, heç bir artım olmayıb.

Market və köşklərdə siqar, siqarellalar satılmadığı üçün onların qiymətlərində artımın olub-olmadığını öyrənə bilmədik.

Bahalaşmayla bağlı "Red bull" və "Hell" şirkətləri ilə əlaqə saxlamağa çalışdıq. Şirkətin nümayəndələri məsələni araşdıracaqlarını bildirdilər. Sorğumuzdan sonra "Hell" şirkətinin rəsmi nümayəndəsi olan Müşfiq İsgəndərov "Facebook" səhifəsində qiymətlə bağlı paylaşım etdi.

"Aksiz vergisinin tətbiq edilməsi fevralın ortalarına qədər uzadıldığı üçün hazırda bütün mağazalardan 1 AZN ödəyərək "Hell" ala bilərsiniz" – deyə M.İsgəndərov paylaşımında bildirdi.

Qeyd edək ki, qərarın fevralın 10-da qüvvəyə minəcəyi haqda bu gün yox, məhz 4 gün öncə məlumat verilib.

Yeni dəyişikliklərlə əlaqədar olaraq aksiz qiymətlərinin artımını bir daha xatırladırıq:

- tərkibində tütün olan siqarlar, o cümlədən ucları kəsilmiş siqarlar 1 ədəd üçün 1,0 manat

- tərkibində tütün olan siqarellalar 1000 ədəd üçün 20,0 manat

Сигареты, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azyaşlılara siqaret və spirtli içki satan mağazaların başı dərddə

- şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş alkoqolsuz energetik içkilər 1 litr üçün 3,0 manat

- meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilər 1 litr üçün 3,0 manat

- tutumu 2 litrdən az olan alkoqollu energetik içkilər 1 litr üçün 2,0 manat

- tutumu 2 litrdən çox olan alkoqollu energetik içkilər 1 litr üçün 2,0 manat

- tərkibində tütün olan siqaretlər 1000 ədəd üçün 28,0 manat

- tərkibində tütün əvəzləyicisi olan siqarlar 1 ədəd üçün 1,0 manat

- tərkibində tütün əvəzləyicisi olan siqarillalar 1000 ədəd üçün 20,0 manat

- tərkibində tütün əvəzləyicisi olan siqaretlər 1000 ədəd üçün 28,0 manat

- elektron siqaretlər üçün maye 1 litr üçün 20,0 manat

Qeyd edək ki, qiymət qalxması ilə əlaqədar olaraq adıçəkilən hər iki şirkətə sorğu yollamışıq.

Xəbər lenti
0