Təhlükəli virusa yoluxanlardan 42 nəfərin vəziyyəti ağırdır

© AFP 2024 / SAM PANTHAKY Hindistanda donuz qripi ilə mübarizə, arxiv şəkli
Hindistanda donuz qripi ilə mübarizə, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Gürcüstan hakimiyyəti məktəblərdə və bağçalarda tətil elan edib

BAKI, 14 yanvar — Sputnik. Gürcüstanda "donuz qripi" virusuna (A-H1N1) yoluxanlardan 42 nəfərin vəziyyəti ağırdır. Sputnik Gürcüstan xəbər verir ki, son rəsmi məlumatlara görə, virusa yoluxanlardan 15 nəfər dünyasını dəyişib. 

Профилактические меры против гриппа в школе Южно-Сахалинска - Sputnik Azərbaycan
Gürcüstanda "donuz qripi"nə yoluxanların sayı günbəgün artır

Bununla əlaqədar olaraq, Gürcüstan hakimiyyəti məktəblərdə və bağçalarda tətil elan edib. Hazırda stasionar şəkildə qrip virusu ilə yüzlərlə insan müalicə alır və onlardan 42-sinin vəziyyəti ağırdır. Son statistikaya görə, Gürcüstanda hər 100 min nəfərdən 256-sı "donuz qripi" virusuna yoluxub.

"Donuz qripinə" qarşı "Tamiflyu" preparatı isə artıq bütün ölkədə var və çatışmazlıq yaşanmır. "Donuz qripi" diaqnozu dəsdiq edildiyi halda preparat xəstəyə pulsuz verilir.

Qeyd edək ki, Gürcüstan Səhiyyə Nazirliyinin məlumatına görə, hazırda ölkədə virus epidemiya vəziyyətini almayıb.

Xəbər lenti
0