BAKI, 14 yanvar — Sputnik. Sumqayıt şəhərinin girəcəyindən Hacı Zeynalabdin Tağıyev qəsəbəsinə gedən yolun üzərindən keçən dəmir yolu xətlərinin yenilənməsi və təmiri ilə bağlı sabah sözügedən yolla hərəkət 1 günlük məhdudlaşdırılacaq”.
Bu barədə Sputnik Azərbaycan-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
Sürücülər alternativ olaraq Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun Sumqayıt dairəvi hissəsindən istifadə edə bilərlər.