Baş nazir xəbərdarlıq edib: Avropa İttifaqında qala bilərik

© REUTERS / HENRY NICHOLLSПремьер министр Великобритании Тереза Мэй
Премьер министр Великобритании Тереза Мэй - Sputnik Azərbaycan
Abunə olmaq
İngiltərənin baş naziri ölkəsinin Avropa Birliyindən çıxması ilə bağlı bu dəfə ilginc açıqlama verib

BAKI, 14 yanvar — Sputnik. Böyük Britaniyanın baş naziri Tereza Mey bildirib ki, ölkə parlamenti onun qərarını qəbul etməzsə, bu zaman Brexit (Böyük Britaniyanın Avropa İttifaqından çıxması prosesi) reallaşmayacaq.  Sputnik Azərbaycan bu barədə ingilis mediasına istinadən xəbər verir.

Tereza Mey bildirib ki, öz sazişini təsdiqlətməyə çalışacaq: "Parlament 2016-cı ilin referendum nəticələrini, Böyük Britaniyanın Avropa Birliyini tərk etməsi ilə bağlı sazişi təsdiqləməlidir".

"Lakin çoxluq bu sazişi təsdiqləməzsə, o zaman İngiltərə Avropa İttifaqının üzvi kimi fəaliyyətini davam etdirəcək. Şübhəsiz ki, bu istiqamətdə fikir ayrılıqları, narazılıqlar olacaq" – deyə Mey əlavə edib.

Xəbər lenti
0