Nəhəng yağ qalası ingilislərin yolunu kəsib

CC0 / Stadnik / ChannelKanalizasiya
Kanalizasiya - Sputnik Azərbaycan
Abunə olmaq
Yağ topası kanalizasiyada məhv olmayan tullantılardan - donmuş yağdan və nəm salfetkalardan meydana gəlib

BAKI, 10 yanvar — Sputnik. Böyük Britaniyanın cənub-qərbində Sidmut şəhərinin kanalizasiyasında öz ölçüsü ilə Piza qülləsıii keçmiş nəhəng "yağ nəhəngi" aşkar edilib.

64 metrlik "yağ qalası" dekabrın ortalarında aşkarlanıb.

Yağ topası kanalizasiyada məhv olmayan tullantılardan - donmuş yağdan və nəm salfetkalardan meydana gəlib.

Nəhəng tıxanmanı aardan qaldırmaq üçün 8 həftə lazım olacaq. İşlərin görülməsi üçün tələb edilən məbləğ hələ açıqlanmayıb.

Qeyd etmək lazımdır ki, tapılmış yağ topası 2017-ci ildə Londonda tapılmış 250 metrlik yağ topasından 4 dəfə kiçikdir. Onun fraqmentləri London muzeyində sərgilənmişdi.

Xəbər lenti
0