Bakı Şəhər Baş Polis İdarəsindən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu ilin doqquz ayında dilənən 973 azyaşlı məntəqəyə gətirilib. Bəzən belə uşaqlar valideyn himayəsindən məhrum qalan uşaqlar olsa da, aralarında ata-anası tərəfindən dilənməyə məcbur edilənlər də az deyil.
Azərbaycan Uşaqlar Birliyi”nin sədri Kəmalə Ağazadə Sputnik Azərbaycan-a deyir ki, azyaşlı övladının əməyindən yararlanan, onu istismar edən şəxslərin valideynlik hüququndan məhrum edilməsi ən böyük cəzadır:
“Ailə tərəfindən bu cinayət törədilibsə, ilk olaraq komissiyanın qərarı çıxarılır. Həmin uşaqlar sığınacağa yerləşdirilir və cinayət faktlarının təsdiqlənməsi üçün hüquq mühafizə orqanlarına müraciət edirik”.
Kəmalə Ağazadənin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz