Tramp Kim Çen Inla görüş üçün yer təklif edib

© AFP 2024 / MANDEL NGANПрезидент США Дональд Трамп
Президент США Дональд Трамп - Sputnik Azərbaycan
Abunə olmaq
Tramp Kim Çen Inla görüşün Vyetnamda keçirilməsini təklif edib

BAKI, 13 yanvar - Sputnik. ABŞ prezidenti Donald Tramp Koreya Xalq Demokratik Respublikasının lideri Kim Çen Inla ikinci görüşün Vyetnamda keçirilməsini təklif edib.

Report-un məlumatına görə, Ağ Ev rəhbəri görüşün fevralın ortalarında keçirilməsini təklif edib. Agentliyin məlumatına görə, hazırda Şimali Koreya ABŞ-ın təklifini nəzərdən keçirir. Qeyd edilir ki, KXDR hələ ABŞ-ın təklifinə rəsmi şəkildə cavab verməyib. 

Daha əvvəl məlum olub ki, Koreya Xalq Demokratik Respublikası və ABŞ liderlərinin görüşü yaxın vaxtlarda olacaq.

Xəbər lenti
0