BAKI, 12 yanvar — Sputnik. Birləşmiş Ştatlar prezidenti Donald Trampın qızı İvanka Dünya Bankına rəıhbərlik edə bilər. Bu barədə Sputnik Azərbaycan "Businessinsider"-ə istinadən xəbər verir.
Onun adı Dünya Banının yeni rəhbəri ola biləcək namizədlər arasındadır.
Bu vəzifəyə namizəd kimi, həmçinin Birləşmiş Ştatları BMT Təhülkəsizlik Şurasında sabiq daimi nümayəndəsi Nikki Heylinin də adı çəkilir.
Qeyd edək ki, Dünya Bankının hazırkı prezidenti Cim Yen Kim fevralın 1-i postunu tərk edib.