CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Həftənin mükəmməl sonu: Bakıda qəhvə və çay festivalı

Abunə olmaq
Bayramlardan sonra ilk iş həftəsi həmişə çətin olur. Amma biz bu həftəni mükəmməl başa vurmağın yolunu tapmışıq. Daha ətraflı, videomuzda.

Yanvarın 11-də paytaxtımızda "Baku Coffee & Tea Festival" öz işinə başlayıb. Festival qəhvəsevərlər üçün əsl bayramdır desək, yanılmarıq.

Festival təşkilatçılarından olan Aynur Tağıyeva deyir ki, tədbirin əsas məqsədi Azərbaycanda qəhvəni çay qədər tanıtmaqdır.

Festival çərçivəsində Azərbaycanda ilk dəfə olaraq baristalar (kofe bişirənlər) arasında milli çempionat keçirilir. Qalib isə 2019-cu ilin aprel ayında ABŞ-da dünya çempionatında iştirak edəcək.

Festivala giriş pulsuzdur. “Passage 1901” restoranında keçirilən qəhvə bayramı yanvarın 13-ə qədər davam edəcək.

Xəbər lenti
0