BAKI, 12 yanvar — Sputnik. ABŞ-da bu dəfə federal müəssisələrin bir hissəsinin öz fəaliyyətini dayandırması ölkə üçün rekord göstəriciyə çatıb. Sputnik Azərbaycan "BBC"-yə istinadən xəbər verir ki, hazırda şatdaunun (shutdown) 22-ci günü gedir və bunun nə vaxt başa çatacağı bilinmir.
İndiyə qədər isə ən uzun şatdaun 1995-1996-cı ildə Bill Klintonun dövründə yaşanıb. Həmin vaxt şatdaun 21 gün davam etmişdi.
Xatırladaq ki, 2019-cu ilin büdcəsi Konqresdə təsdiq olunmadığından ötən il dekabrın 22-də bəzi federal idarələr fəaliyyətini qismən dayandırıb, yəni "şatdaun" (shutdown) deyilən rejim qüvvəyə minib.
Tramp Meksika sərhədində divar inşası üçün 5 milyard dollar vəsaitin nəzərdə tutulmadığı üçün büdcəni təsdiqləmir. Müxalifətdə olan demokratlar bunu israfçılıq kimi qəbul edərək buna razılıq vermir.