CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Azər Həsrət: “Dövlət dəstəyinin onlayn mediaya yönəldilməsinin tərəfdarıyıq”

© Sputnik / Murad OrujovƏməkdar jurnalist Azər Həsrət
Əməkdar jurnalist Azər Həsrət - Sputnik Azərbaycan
Abunə olmaq
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyir ki, artıq aparıcı media orqanları çap versiyadan imtina edirlər
Azər Həsrət: “Çap mediasına yetərincə dəstək göstərilir”

“Onlayn mediada irəliləyişə nail olmağımız vacibdir”. Bunu Sputnik Azərbaycan-a açıqlamasında Mətbuat Şurasının İdarə Heyətinin üzvü Azər Həsrət deyib.

“Çap mediasına KİVDF tərəfindən yetərincə dəstək göstərilir. Ancaq hamıya məlumdur ki, çap mediasının irəli getməsi şübhəlidir. Dünya artıq çap mediasından imtina etməyə başlayıb. Bir çox ölkələrdə aparıcı media orqanları çap versiyadan imtina edərək, online formada fəaliyyət göstərirlər. Azərbaycan hökuməti də çap mediaya dəstək göstərir, ancaq bu dəstəyin online mediaya yönəldilməsinin tərəfdarıyıq” - deyə o bildirib.

Qeyd edək ki, bir müddət əvvəl gündəlik nəşr olunan “Ekspress” qəzetinin fəaliyyətini dayandıracağını bildirilmişdi. Buna səbəb kimi maliyyə problemlərinin olması göstərilir.

Azər Həsrətin geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz

Xəbər lenti
0