CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Yeddi toxunulmazdan birinə sahib çıxa bilmədik, qalanları da "can üstədir"

Abunə olmaq
Bu türbələr salındığı dövrün dövlətçilik tarixinin, hökmdarının, onun sülaləsinin, nəslinin xatirə abidələridir

İlham Əhmədov, Sputnik Azərbaycan

BAKI, 10 yanvar — Sputnik. Dövrünün ən monumental abidələrindən sayılan Yeddigünbəz türbələr kompleksi bu gün məhv olma təhlükəsi ilə üz-üzədir. Belə ki, 19-cu əsrə aid olan 7 türbədən biri yararsız hala düşüb, digər 6 türbənin isə bərpasına ciddi ehtiyac duyulur.

Şamaxı şəhəri ərazisində yerləşən Yeddigünbəz türbələr kompleksinə 7 türbə daxildir. Şirvan xanı olan Mustafa xanın hakimiyyəti dövründə inşa edilən bu tarixi abidələrin səciyyəvi xüsusiyyəti onun Azərbaycan memarlığına xas səkkiz bucaqlı şəkildə və yonulmuş yerli daşlardan tikilməsidir.

Mustafa xanın ailəsi 1806-1865-ci illərdə bu ərazidə 7 günbəz adlanan türbələr kompleksində dəfn olunub. Bu günə qədər türbələrdən biri, tamamilə məhv edilib. Yerdə qalan 6 türbə isə qəzalı vəziyyətdədir. Mütəxəssislər hesab edirlər ki, bu tarixi abidədə bərpa və konservasiya işləri görülməsə, türbələr məhv ola bilər.

Tarix üzrə fəlsəfə doktoru Fariz Xəlilli Sputnik Azərbaycan-a Yeddigünbəz kompleksi haqqında danışıb: "Bu türbələr salındığı dövrün dövlətçilik tarixinin, hökmdarının, onun sülaləsinin, nəslinin xatirə abidələridir. Xüsusilə Şirvanın, Şamaxının, ümumiyyətlə Azərbaycanın tarixi ilə yaxından bağlıdır".

Dəvəboynu məbədi - Sputnik Azərbaycan
MƏDƏNİYYƏT
Məbədlər diyarında həyəcan siqnalı: Milli "pasportumuzu" itiririk

F.Xəlilli qeyd edib ki, bu xatirə abidələri Sovet hakimiyyəti dövründə bilgisizlikdən və ya bilərəkdən dağıdılıb: "Türbələrin, sadəcə ikisinin üzəri, yəni günbəzləri qalıb. Qalanları özülünə kimi məhv edilib. Sonuncu dəfə 1980-ci ildə türbələrdə təmir-bərpa işləri görülüb. Təəssüf ki, o zaman görülən işlər düzgün aparılmadığına görə, necə deyərlər, qaş düzəldən yerdə göz çıxarılıb. Hazırda baxımsız və nəzarətsiz qalan türbələr kənd sakinlərinə məxsus mal-qaranın, eləcə də meşə və küçə heyvanlarının yayda istidən, qışda soyuqdan daldalanması üçün üstüörtülü yerə çevrilib".

Tarixçinin sözlərinə görə, türbələrin içərisində olan qəbirlərə də toxunulub: "Bu abidələr təkcə abidə kimi əhəmiyyətli deyil. Onların üzərindəki naxışlar, yazı epitafiyalar Azərbaycanın daş işləmə sənətkarlığı üçün də mühüm abidələrdir. Çox təəssüf edirəm ki, son zamanlar da bəzi insanlar gəlib bu yazıları qaşıyırlar, abidələrin içərisini dağıdırlar".

Dəfələrlə yerli orqanlara və aidiyyəti qurumlara müraciət olunmasına baxmayaraq, hələ də heç kim bu abidələrlə maraqlanmayıb. Yerli sakinlər də baş verənləri ürək ağrısı ilə seyr etdiklərini bildirirlər. Qeyd edirlər ki, onların da soy köklərinə aid olun bu tarixin silinməsi yolverilməzdir.

Yaranmış problemlə əlaqədar Sputnik Azərbaycan-ın əməkdaşı Şamaxı Rayon İcra Hakimiyyətinə (RİH) müraciət edib. Qurumun Təhsil, səhiyyə və mədəniyyət şöbəsindən bildirilib ki, məsələ ilə tanışdırlar və artıq problemin həlli üçün Mədəniyyət Nazirliyinə, eləcə də digər aidiyyatı qurumlara müraciət olunub.

"Ərazi qoruq ərazisi olduğundan İsmayıllı Regional Mədəniyyət İdarəsinin tabeliyindədir. Onlara da məlumat verilib. Problemlə bağlı müraciətimizə cavab olaraq yaxın zamanlarda ərazinin əsaslı təmir olunacağı qeyd olunub" - deyə RİH-dən bildirilib.

Ümid edirik ki, yaxın vaxtlarda türbələrin mühafizəsi, eyni zamanda bərpası üçün aidiyyəti qurumlar tərəfindən ciddi addımlar atılacaq. Çünki illərin sınağından çıxaraq, bu günümüzə qədər gəlib çatan tarixi abidələr, yaşayış məskənləri xalqımızın tarixinin necə qədim köklərə dayandığını sübut edir. Arxeoloji və memarlıq abidələrinin tədqiqi göstərir ki, bəşər mədəniyyətinin inkişafında xalqımızın da böyük xidmətləri olub.

© Sputnik / Ilham AhmadovŞamaxı şəhəri ərazisində yerləşən yeddi günbəz türbələr kompleksi
Şamaxı şəhəri ərazisində yerləşən yeddi günbəz türbələr kompleksi - Sputnik Azərbaycan
1/18
Şamaxı şəhəri ərazisində yerləşən yeddi günbəz türbələr kompleksi

2/18

3/18

4/18

5/18

6/18

7/18

8/18

9/18

10/18

11/18

12/18

13/18

14/18

15/18

16/18

17/18

18/18

Xəbər lenti
0