Купюра номиналом в 200 AZN, фото из архива - Sputnik Azərbaycan
İQTİSADİYYAT
Sosial-iqtisadi gündəmə, maliyyə, biznes sahəsinə dair materiallar

"Yeni vergi qanunvericiliyi müsbət nəticələr doğuracaq"

© Sputnik / Murad OrujovПредседатель Общественного объединения "Изучение экономических ресурсов" Руслан Атакишиев
Председатель Общественного объединения Изучение экономических ресурсов Руслан Атакишиев - Sputnik Azərbaycan
Abunə olmaq
Ruslan Atakişiyev: "Burada məqsəd əmək müqavilələrinin rəsmiləşdirilməsininin genişləndirilməsidir"

BAKI, 11 yanvar — Sputnik. "Vergi Məcəlləsinə edilən dəyişikliklər ölkə iqtisadiyyatına və əhalinin rifahına təsir edəcək".

Bunu Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirən tədbirdə İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin (İRÖM) sədri Ruslan Atakişiyev deyib. O bildirib ki, dəyişikliklər kölgə iqtisadiyyatının həcminin azaldılmasına yönəlib.

Vergilər nazirliyi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Vergilər Nazirliyi vergi ödəyicilərinə müraciət edir

"Bununla həm də sadələşdirilmiş vergi bazası azaldılacaq. Araşdırmalar göstərdi ki, tətbiq olunan sadələşdirilmiş vergi bazası bir çox hallarda vergidən yayınmaya şərait yaradırdı" - Atakişiyev vurğulayıb.

Əlavə edib ki, digər tərəfdən, burada məqsəd əmək müqavilələrinin rəsmiləşdirilməsininin genişləndirilməsidir: "Yəni kölgə iqtisadiyyatının formalaşmasının səbəblərindən biri də işçilərə əmək haqqının rəsmi və qeyri-rəsmi formada verilməsi idi".

"Yeni dəyişikliklərə əsasən, 8 min manata qədər qazancı olan şəxslər gəlir vergisindən azad olunur. Bu da sahibkarın işçi ilə müqavilə bağlamasına imkan yaradacaq. Bu ilin dövlət büdcəsinə gəlir vergisindən daxilolmalar 300 milyon manat azalıb. Amma bu dəyişikliklərdən gözlənti odur ki, hər il 10-15 faizlik rəsmiləşmə hesabına dövlət həmin 300 milyonu bərpa edəcək".

Xəbər lenti
0