Tramp Meksika ilə sərhəddə divar hörmək üçün pul tapıb

© REUTERS / Leah MillisПрезидент США Дональд Трамп, фото из архива
Президент США Дональд Трамп, фото из архива - Sputnik Azərbaycan
Abunə olmaq
ABŞ prezidenti bunun üçün 13,9 milyard dollardan istifadə edə bilər

BAKI, 11 yanvar — Sputnik. ABŞ prezidenti Donald Trampa məlumat verilib ki, o, Meksika ilə sərhəddə divar tikintisi, həmçinin bütün ölkə ərazisində mühəndislik işlərinin həyata keçirilməsi üçün nəzərdə tutulan istifadə olunmayan məbləğdən istifadə edə bilər. Sputnik Azərbaycan bu barədə "NBC News"-ə istinadən xəbər verir.

İranın ali rəhbəri ayətullah Seyid Əli Xameneyi - Sputnik Azərbaycan
Xameneyidən ABŞ-a sərt sözlər: "Onlar dəli yox, gicdirlər"

Telekanalın məlumatına görə, Trampı bununla bağlı Pentaqondan olan məmurlar məlumatlandırıblar.

Qeyd olunur ki, Tramp ABŞ Quru Qoşunlarının mühəndislik korpusunun fonduna daxil olan vəsaitin bir hissəsindən – 13,9 milyard dollardan istifadə edə bilər.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Meksika ilə sərhəddə betondan yox, poladdan divar tikiləcəyini bəyan edib. "Biz artıq betondan yox, poladdan divar tikməyi planlaşdırırıq. Bu, daha etibarlı və az görünən olacaq. Əla qərardır. Polad ABŞ-da istehsal olunur" - deyə Tramp öz "Twitter" səhifəsində yazıb.

Ağ Ev rəhbəri, həmçinin əlavə edib ki, vitse-prezident Mayk Pens və onun işçiləri ABŞ Demokratlar Partiyasının nümayəndələri ilə məhsuldar görüşlər keçiriblər: "Sərhəddə təhlükəsizliyin bir çox detallarını müzakirə edilib".

Xəbər lenti
0