BAKI, 11 yanvar — Sputnik. ABŞ prezidenti Donald Tramp bəyan edib ki, onun administrasiyası ölkədə fövqəladə hal rejimini tətbiq etmək hüququna malikdir.
Sputnik Azərbaycan xəbər verir ki, bunu Birləşmiş Ştatlar prezidenti "FOX News" telekanalının efirində bildirib. O vurğulayıb ki, qanunvericiliyə görə, onun fövqəladə hal tətbiq etmək hüququ var və bu anlamda qanun "100% onun tərəfindədir".
"Əgər biz Konqreslə razılaşma ələ etməsək, mən bunu edəcəyəm" - deyən Tramp bildirib ki, fövqəladə rejimin tətbiq olunması barədə qərar yaxın günlərdə qəbul olunacaq.