Автомобильная авария, фото из архива - Sputnik Azərbaycan
HADİSƏ
Azərbaycanda və dünyada baş verən insident, olay və qəzalar

Azərbaycanlıları vuran sürücü azadlığa buraxıldı

© Sputnik / Alexander ImedashviliМашина скорой помощи в Грузии
Машина скорой помощи в Грузии - Sputnik Azərbaycan
Abunə olmaq
Sürücü 5 min lari girov müqabilində azad edilib

BAKI, 11 yanvar — Sputnik. Gürcüstan paytaxtı Tbilisinin Çavçavadze prospektində bir azərbaycanlının ölümü, 10-nun isə xəsarət alması ilə nəticələnən yol qəzası törədən təcili tibbi yardım maşınının sürücüsü Şarden Onianinin işi üzrə məhkəmə iclası keçirilib.

Sputnik Azərbaycan "Report"a istinadla xəbər verir ki, sürücü 5 min lari girov müqabilində azadlığa buraxılıb.

Şarden Onianinin vəkili bildirib ki, qrip virusu ilə bağlı təcili tibbi yardıma çağırışların sayı artıdğından müdafiə etdiyi şəxs həddindən artıq yorğun ola bilərdi. O, sürücünün fizioloji vəziyyətinin yoxlanılması məqsədilə ekspertizanın keçirilməsini tələb edib.

İş üzrə məhkəmənin növbəti iclası fevralın 28-nə təyin olunub.

Xəbər lenti
0