CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

"WhatsApp"dan yenidən virus yayılır

© REUTERS / Dado Ruvic / IllustrationWhatsapp
Whatsapp - Sputnik Azərbaycan
Abunə olmaq
"WhatsApp" istifadəçilərini aldadan "Whatsapp Gold" tətbiqi yenidən virus yayır

BAKI, 10 yanvar — Sputnik. Mütəxəssislər "WhatsApp Gold"un yaydığı viruslardan qorunmağın metodlarından danışıb.

Sputnik Azərbaycan-ın Türkiyə mediasına istinadən xəbərinə görə, bir sıra tətbiqlər bu sosial şəbəkə üzərindən virusların yayılmasına səbəb olur. Bunların arasında ən məşhur olanları "Profilimə kimlər baxdı?", "Kimlər onlayn xətdədir?" tətbiqləridir. Lakin ən təhlükəli hesab olunanı "WhatsApp Gold"dur. Bu tətbiqin yaydığı virusdan qorunmaq üçün mütləq həmin tətbiqi silmək və telefonun keş yaddaşını təmizləmək lazımdır. Bundan başqa bilinməyən alətlərdən daxil olan yükləmələri də silmək tövsiyə olunur.

Mütəxəssislər bildirir ki, belə proqramlar şəxsi hesabların oğurlanması üçün hazırlanır.

Xəbər lenti
0