CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Paytaxtda məşhur şirkətin ofisi yarıldı

© Sputnik / Murad OrujovPost Patrul Xİdmətinin maşını
Post Patrul Xİdmətinin maşını - Sputnik Azərbaycan
Abunə olmaq
Şirkətin rəhbərliyi 11 min dollar pulu öz keçmiş əməkdaşının oğurlamasından şübhələnir.

BAKI, 10 yanvar — Sputnik. Azərbaycanın məşhur mebel şirkətinin ofisindən pul oğurlanıb. Şirkətin rəhbərliyi 11 min dollar pulu öz keçmiş əməkdaşının oğurlamasından şübhələnir.

Bu barədə Sputnik Azərbaycan-a Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.

"Saloğlu" şirkətinin 35 yaşlı hüquqşünası Elvin Qurbanov Nərimanov RPİ-nin 17-ci polis bölməsinə müraciət edərək bildirib ki, yanvarın 8-dən 9-na keçən gecə firmanın Albert Aqarunov küçəsində yerləşən ofisindən 11 min ABŞ dolları məbləğində pul oğurlanıb.

Məlumata görə, oğru ofisə pəncərədən daxil olub.

Şirkət rəhbərliyi oğurluğa görə firmanın keçmiş işçisi - Kürdəmir rayon sakinindən (adı istintaq maraqlarına gözə çəkilmir-red.) şübhələnir.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları şübhəlinin oğurluqda iştirak edib-etmədiyini dəqiqləşdirir.

Qeyd edək ki, son dövrlərdə ayrı-ayrı müəssisələrin keçmiş əməkdaşları tərəfindən soyğuna məruz qalması halları artıb. Hüquq-mühafizə orqanları bu halların təkcə tamah məqsədilə deyil, həm də intiqam məqsədilə törədildiyini qeyd edirlər.

Xəbər lenti
0