CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bakının hansı rayonlarında heyvan kəsimi bərbad gündədir - AQTA rəsmisi danışır

© © AQTA-nin mətbuat xidməti tərəfindən təqdim olunubAysel Fərziyeva, Qida təhlükəsizlik agentliyinin mətbuat katıbı
Aysel Fərziyeva, Qida təhlükəsizlik agentliyinin mətbuat katıbı - Sputnik Azərbaycan
Abunə olmaq
AQTA-nın ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva deyir ki, problem əsasən paytaxtın Binəqədi, Yasamal və Nizami rayonlarında qabarıq şəkildə özünü göstərir
Aysel Fərziyeva: “Qanunsuz fəaliyyətə qarşı reydlər davamlı olacaq”

“Qida Təhlükəsizliyi Agentliyi baytarlıq-sanitariya və sanitariya-gigiyena normalarına uyğun olmayan yerlərdə qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması məqsədilə nəzarət tədbirləri həyata keçirir”. Bunu Sputnik Azərbaycan-a Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva deyib.

Sektor müdiri bildirib ki, montorinqlər indiyə qədər də aparılıb və fəaliyyətini qanunsuz şəkildə quran şəxslərə ciddi xəbərdarlıq olunub:

“Son dövrlər aparılan araşdırmalar göstərib ki, həmin şəxslər bu xəbərdarlıqlara məhəl qoymayıblar və fəaliyyətlətinə davam edirlər. Bu problem əsasən paytaxtın Binəqədi, Yasamal və Nizami rayonlarında qabarıq şəkildə özünü göstərir. Ona görə də, AQTA aidiyyatı orqanların əməkdaşları ilə birlikdə ilk olaraq Nizami rayonunda reydlərə start verdi. Həmin yerlərdə heyvan kəsiminin və ət satışının qarşısının alınması üçün nəzarət tədbirləri gücləndirilib. Bu proses davamlı olacaq. Növbəti reydlər Yasamal, Binəqədi rayonlarında və ümumilikdə bütün ölkə ərazisində keçiriləcək”.

Aysel Fərziyevanın geniş şərhinə audiofaylda qulaq asa bilərsiniz.

Xəbər lenti
0